ABŞ-ın Arizona ştatının cənubundakı Mesa şəhərində 2 nəfərin olduğu helikopter naməlum səbəbdən dayanacaqa düşüb.
Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, qəza səbəbiylə helikopterdəki şəxslərdən biri hadisə yerindəcə ölüb.
Helikopterdə olan digər şəxsin xəstəxanaya yerləşdirildiyi və vəziyyətinin ağır olduğu bildirilib.
Hadisə ilə əlaqədar istintaq davam edir.