Türkiyə Cümhuriyyətinin 9-cu Prezident Süleyman Dəmirəlin mənəvi oğlu Əli Çetin Şener, koronavirus səbəbiylə ölüb.

Unikal.org xəbər verir ki, Süleyman Dəmirəlin mənəvi oğlu olaraq bilinən, həyat yoldaşı Nazmiyə Dəmirəlin qardaşı Əli Çətin Şener, koronavirusun yeni növü (Kovid-19) səbəbiylə həyatını itirib. 

Bu barədə məlumatı siyasətçi Muhsin Alnıaçık, sosial .əbəkə hesabından açıqlayıb.

Qeyd edək ki, Nazmiyə Dəmirəlin qardaşı Əli Çətin Şener, Dəmirəl cütlüyünün övladı olmadığı üçün onlarla böyüyüb.