Koronavirusun yeni növündən (COVID-19) ölənlərin sayı Cənubi Amerika Kolumbiya ölkəsində 225, Karib dənizi Kubasında isə 49 nəfərə çatıb.
Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, Kolumbiya Səhiyyə Nazirliyinin verdiyi açıqlamaya görə, son 24 saatda COVID-19 səbəbiylə ölənlərin sayı 10-dan 225-ə, yoluxanların sayı isə 320-dən 4 min 881-ə yüksəlib.
Digər tərəfdən, Karib dənizi sahili ölkəsi Kubada ölənlərin sayı 49-a yüksəlib.
Kuba Xalq Sağlamlığı Nazirliyinin verdiyi açıqlamaya görə, son 24 saat ərzində ölkədə daha 6 COVID-19 ölümü baş verib.
Açıqlamaya görə, ölənlərin sayı 49-a, yoluxanların sayı daha 50 nəfər artaraq 1285-ə çatıb.
Qeyd edək ki, ölkədəki epidemiyadan sağalanların sayı 416-ya çatıb.