Qərbi Afrika ölkəsi Nigeriyanın şimal-qərbində, silahlı hücum nəticəsində 7 nəfər ölüb.
Unikal.org xarici mediaya istinadən xəbər verir ki, naməlum silahlı şəxslər Katsina vilayətinin Çikun bölgəsində tarladan qayıdan kəndlilərə hcum ediblər.
Hücumda 7 nəfər öldürülüb, çox sayda insan yaralanıb, bir nəfər qaçırılıb.
Katsina Dövlət Polis Mətbuat katibi Gambo İsah hadisəni təsdiqlədi və bölgəyə təhlükəsizlik qüvvələrinin göndərildiyini bildirilib.
Bölgə zaman-zaman heyvandarlıqla məşğul olan Fulanilərlə əkinçiliklə yaşayan bəzi tayfalar arasında şiddətli qarşıdurmaların şahidi olur.