Qırğızıstan Respubikasında son 24 saat ərzində  koronavirusadaha 9 nəfər yoluxub.

Unikal.org  Qırğız mətbuatına istinadən xəbər verir ki, məlumatı aprelin 25-də COVID-19-a qarşı mübarizə üzrə Respublika qərargahı yayıb. Məlumatda, bu, son 3 həftədə, aprelin 5-dən sonra ən aşağı göstəricidir. 

Bildirilib ki, yeni yoluxanların 3-ü tibb işçisidir. Bununla da respublika üzrə 175-i tibb işçisi olmaqla 665 nəfər virusa yoluxub, 8 nəfə isə infeksiyadan ölüb. Ölkə üzrə 345 nəfər sağalıb.

Qeyd edək ki, Qırğız Respublikasının paytaxtı Bişkek də daxil olmaqla bir sıra şəhərlərinə fövqəladə vəziyyət rejimi tətbiq edilir.