Çində 12, Cənubi Koreyada isə 10 yeni koronavirus (COVID-19) yoluxma halı aşkarlanıb.
Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, Çin Milli Səhiyyə Komissiyasının verdiyi yazılı açıqlamaya görə, son 24 saat ərzində ölkədə 11, xaricdə və 1-i yerli olmaqla, ümumilikdə 12 yoluxma halı aşkarlanıb və ölkədə yeni itki olmadığı bildirilib.
Yoluxma halı ölkənin şimal-şərq bölgəsindəki Heylongciang əyalətində qeydə alınsa da, Çin ərazisində yoluxanların ümumi sayı 82 min 816-a çatıb. COVID-19 səbəbiylə ölkədə 4 min 632 adam həyatını itirib.
Cənubi Koreyanın Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzində edilən açıqlamada, son 24 saat ərzində ölkədə 10 yeni COVID-19 yoluxma halı aşkar edilib.
Qeyd edək ki, bu günə qədər ölkədə 240 nəfər virusun qurbanı olub və ümumi yoluxanların sayı 10 min 718-ə çatıb.
Ölkədə ən çox hal Daegu şəhərində qeydə alınsa da, itkinlərin 90 faizindən çoxu 60 yaşdan yuxarı insanlardır.
Çinin Hubey əyalətinin Uhan şəhərində ortaya çıxan yeni növ koronavirus (COVID-19) yoluxmuş insanların sayı 2 milyon 831 min 915-ə çatıb.
Dünyada, 197 min 318 adam COVID-19 səbəbiylə ölüb, 807 min 37 adam virusda mübarizədə qalib gəlib.