Hindistanda koronavirus pandemiyasından ölənlərin sayında artma müşahidə olunub. 

Unikal.org Hindistan KİV-ə istinadən xəbər verir ki, bu barədə məlumatı Hindistanın Səhiyyə və Ailə Rifahı Nazirliyi yayıb.


Məlumatda, son 24 saatda  koronavirusdan 57 nəfər ölərək, ümumi ölü sayı 7 min 775-ə, koronavirusa yoluxanların sayı isə son sutkada 1400 nəfər artaraq 24 min 506-ya yüksəlib. 

Qeyd edək ki, Hindistanın baş naziri Narendra Modi martın 25-dən tətbiq edilən özünütəcrid rejiminin müddətini mayın 3-dək uzadıb.