İranda ötən 24 saat ərzində daha 76 nəfər koronavirusdan (COVID19) ölüb.

Unikal.org İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinə istinadən xəbər verir ki, bu ölkədə virusdan ölənlərin sayı 5 650 nəfərə yüksəlib.

Ötən sutka ərzində daha 1 134 nəfər koronavirusa yoluxub ki, ümumilikdə bunun sayı 89 328 nəfərə çatıb. Onlardan 3 096 nəfərin vəziyyəti ağırdır.

İranda indiyədək 68 193 nəfərin sağalıb,  410 mindən çox insanın test edilib.