Rusiyada son 24 saat ərzində 5 min 966 yeni koronavirus yoluxma halı  aşkar edilib. 

Unikal.org  Rusiya mətbuatına istinadən xəbər verir ki, Rusiya Koroner Virus Böhranlara Qarşı Mübarizə Mərkəzi son 24 saat ərzində ölkədə baş verən hadisələrin sayının 5 min 666 artdığını açıqlayıb.

Ölkədəki yoluxanların ümumi sayı 74 min 588-ə, ölənlərin sayı isə son sutkada  66 nəfər artaraq 681-ə çatıb.

Xəstəliyin ilk erkən mərhələlərində bir çox Avropa ölkəsinə nisbətən daha az yoluxma hallarının olduğunu bildirən ölkədə bu ay sayı kəskin şəkildə artmağa başlayıb.