İspaniyada COVID-19 pandemiyası nəticəsində ölənlərin sayı son 24 saatda 378 nəfər artaraq ümumilikdə ölü sayı 22 min 902-yə çatıb.
Unikal.org İspaniya KİV-ə istinadən xəbər verir ki, Səhiyyə Nazirliyi, ölənlərin sayının və COVID-19 pandemiyası ilə əlaqədar son məlumatları açıqlayıb.
Həmçinin də, Aprelin 2-də 950 ilə COVID-19 gündəlik ölümlə bağlı ən yüksək məlumatlar açıqlansa da, o vaxtdan bu say azaldığı bildirilib. Koronavirusdan həyatını itirənlərin sayı 19 aprel tarixindən gündə 367-440 arasında olduğuifadə olunub.
Bildirək ki, ölkədə son sutkada 3 min 995 nəfər koronavirusa yoluxaraq, ümumi yoluxanların sayı 223 min 759-a yüksəlib.