İstanbulda çantasında partlayıcı maddə olduğunu iddia edən şəxs polis tərəfindən zərərsizləşdirilib.
Unikal.org xəbər verir ki, hadisə İstanbulun Bakırköy rayonunda şəhərin iki qitəsini birləşdirən Marmaray xəttinin Yeniməhəllə stansiyasında baş verib.
Hələ ki, kimliyi bəlli olmayan bu şəxs polis əməkdaşları tərəfindən aparılan 1 saatlıq danışıqlardan sonra təslim olub.
Onun çantasında yalnız geyim əşyalarının olduğu müəyyən olunub.