Belarus prezidenti Aleksandr Lukaşenko bütün dünyada tüğyan edənb koronavirusla bağlı maraqlı açıqlama verib.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, Belarus Prezidenti koronavirusu "Yanlış şəkildə yaşayan insanlara Tanrının verdiyi cəza" adlandırıb. 

"Tanrı ətraf mühitə iyrənc bir şəkildə davrandığımızı gördü və bizi cəzalandırdı. Ona görə də aldığımız tədbirlərlə vəziyyəti tarazlaşdıra bilməsək də, ən azından özümüzü və yaxınlarımızı qorumağa çalışırıq" deyə Lukaşenko bildirib.

Qeyd edək ki, karantin qaydalarının tətbiq olunmadığı Belarusiyada 9 590 nəfər koronavirua yoluxub, onlardan 67-si vəfat edib.