Afrika qitəsində, son 24 saatda COVID-19 səbəbiylə ölənlərin sayı 33 nəfər artaraq 1300-ü keçib. 

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, Afrika Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzinin (Afrika CDC) verdiyi məlumata görə, son 24 saat ərzində qitədə koronavirus səbəbiylə daha 33 nəfər həyatını itirib. 

Beləliklə, ümumi itki 1331- ə yüksəlib. Afrika qitəsində koronavirusa yoluxanların sayı  1626 nəfər artaraq 29 min 053-ə çatsa da, xəstəlikdən sonra sağalanların sayı 8364 olub.

Qeyd edək ki, Əlcəzair, Misir, Mərakeş və Cənubi Afrika Afrika qitəsində ən çox itki verən ölkələr biridir.