Türkiyənin Səhiyyə naziri Fəxrəddin Qoca Türkiyədə son 24 saat ərzində koronavirusa yoluxanların sayını açıqlayıb. 

Unikal.org Anadolu xəbər agentliyinə istinadən xəbər verir ki, Fəxrəddin Qocanın bildirdiyinə görə, Türkiyədə yeni nəsil virusa 2861 nəfər yoluxub. 

O qeyd edib ki, son sutka ərzində yoluxanlardan 106 nəfər ölüb: “Ümumilikdə ölkə üzrə yeni virusa yoluxanların sayı 107 min 773 nəfərə çatıb. Bu xəstəlikdən həyatını itirənlərin sayı isə 2706 nəfər olub”.