Dünyada ən çox koronavirusdan təsirlənən ABŞ epidemiyanın mərkəzi və ən çox itki yaşadığı ölkədir.

Unikal.org ABŞ mətbuatına istinadən xəbər verir ki, ABŞ-da COVID-19 səbəbindən ölənlərin sayı son 24 saatda 1993 nəfər  artaraq 51 min 956-a çatıb.
 

Johns Hopkins Universitetinin məlumatlarına görə, son 24 saatda ölkədə yoluxmuş insanların sayı 36 min 192 artaraq 905 min 364-ə çatıb.