İtaliyada koronavirus səbəbiylə ölənlərin sayı son 24 saatda 415 artaraq 26 min 384-ə çatıb
Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, İtaliya Mülki Müdafiə Agentliyi, yazılı açıqlama ilə, ölkədə iki aylıq COVID-19 pandemiyası ilə bağlı son məlumatları açıqlayıb.
Açıqlamada, həftənin əvvəlində başlayan ölkədə aktiv koronavirus hadisələrinin sayının azalmasının bu gün də davam etdiyi və 680 azalaraq 105 min 847-ə qədər azaldığı ifadə edib.
Mülki Müdafiə məlumatlarında, yoluxanların sayının bu gün 6262 artaraq 63 min 120-yə çatdığı da qeyd edilib.