Fransada koronavirus səbəbiylə ölənlərin sayı son 24 saatda 369 nəfər artaraq 22 min 614-ə çatıb.

Unikal.org Fransa KİV-ə istinadən xəbər verir ki, Fransa Səhiyyə Nazirliyinin verdiyi açıqlamaya görə, son 24 saatda virusa aşkarlananların sayı 1537 artaraq 186 min 358-ə yüksəlib. 

COVID-19 səbəbiylə reanimasiyada olan 28 min 222 nəfər xəstəxanalarda müalicə olunur. Sağalmış insanların sayı son 24 saatda 1101 nəfər artaraq 44 min 594-ə çatıb.

Belə ki, epidemiya səbəbiylə son 24 saat ərzində xəstəxanalar və qocalar evlərində 369 adam ölüb, xəstəxanalardakı ölümlərin sayı 14 mkin 550, yaşlı qocalar evlərində 8556-a yüksəlib.

Beləliklə, Fransada ümumi itki 22 min 614-ə çatıb.