AZTV-nin sabiq sədri Arif Alışanova ağlr itki üz verib.
Yaxınlarının Unikal.org-a verdiyi məlumata görə, A.Alışanovun qardaşı, Akif Alışanov dünyasını dəyişib.
Qeyd edək ki, Akif Alışanov uzun illər Daxili İşlər Nazirliyinin Sumqayıt Mühafizə İdarəsinin rəisi, Baş Mühafizə İdarəsi rəisinin şəxsi heyətlə iş üzrə böyük köməkçisi işləyib. A.Alışanovun sonuncu iş yeri isə Müdafiə Sənayesi Nazirliyi olub. Belə ki, o sözügedən nazirlikdə Mühafizə və təhlükəsizlik şöbəsinin rəisi vəzifəsində çalışıb.
Allah rəhmət eləsin!