İsrailin səhiyyə naziri Yaakov Litzman vəzifəsindən istefa verib.

Unikal.org Rusiya KİV-nə istonadən xəbər verir ki, nazir istefası haqqında ərizəni Baş nazir Benyamin Netanyahuya təqdim edib.

Xəbərdə qeyd edilir ki, Yaakov Litzmanın koronavirus epidemiyasının qarşısını almaqla bağlı yürütdüyü siyasət ciddi tənqidlərlə üzləşib.

Xatırladaq ki, İsrailin səhiyyə naziri Yaakov Litzmanın özü də koronavirus infeksiyasına yoluxmuşdu.