İngiltərədə yeni növ koronavirus (Covid-19) səbəbindən ölənlərin sayı durmadan artır.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, bu dəfə Emma Davis və Katy Davis adlı əkiz bacılar pandemiyanın qurbanı olublar. Onlar yerləşdirildikləri Saunthempton xəstəxanasında 72 saat fərqlə dünyalarını dəyişiblər.

Qeyd edək ki, əkiz bacılar hər ikisi tibb işçisi olub. Onların bacısı Zoe Davis etdiyi açıqlamada "Hər zaman dünyaya bərabər gəldiklərini və birlikdə gedəcəklərini deyirdilər" sözlərini deyib.