Çində meydana gələn yeni növ koronavirus (Covid-19) səbəbindən ölənlərin sayı durmadan artır. 

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, hal-hazırda pandemiyanın təsirinin ən güclü olduğu regionlar Avropa və ABŞ-dır. Koronavirus xəstələrinin əksəriyyətinin sağaldığı Almaniyada Kansler Angela Merkel karantin qaydalarının 2 həftə sonra yumşaldılacağını açıqlamışdı.

Buna baxmayaraq insanlar paytaxt Berlində etiraz aksiyası keçirərək karantin qaydalarının aradan qaldırılmasını tələb ediblər. Etirazçıların əksəriyyəri maska və əlcək taxmaq, sosial məsafəni saxlamaq kimi qaydaları heçə sayıblar. 

Onlar əllərində "Həyatımı geri istəyirəm", "Konstitusiya hüquqlarını qoruyun", "Azadlıq hər şey deyil, amma azadlıq olmadan qalan hər şey heç bir şeydir" sözləri yazılı olan plakatlarla etirazlarını bildirərək karantin qaydalarının daha da yumşaldılmasını istəyiblər.

Qeyd edək ki, Almaniyada 155 782 nəfər koronavirusa yoluxub, onlarda 5 819-u bu səbəbdən dünyasını dəyişib.