Koronavirus pandemiyasının mərkəzi halına çevrilən ABŞ müasir tarixinin ən böyük böhranlarından birini yaşayır. 

Unikal.org Amerika KİV-ə istinadən xəbər verir ki, son zamanlar ölkə rəhbərliyinin yavaş hərəkət etməsi və rəhbərlik içərisindəki problemlər barədə xəbərlər yayılır. 

İddialara görə, artıq ABŞ Prezidenti Donald Tramp ölkənin Səhiyyə Nazirinin işindən razı deyil. Buna görə də o, Aleks Azarı koronavirus sona çatdıqdan sonra vəzifəsindən azad etməyi planlaşdırır.

Hətta Trampın yeni qələm müdiri Mark Meadovsun da bu qərarı dəstəklədiyi məlum olub.

Mənbələr hələ dəqiq bir qərarın alınmadığını bildirsə də, Aleks Azarın yerinə Səhiyyə Yardım Mərkəzləri rəhbəri Seema Verma və  ya Ağ Evin yaratdığı Koronavirusla Mübarizə Mərkəzinin həkimi Deborah Birxin gətiriləcəyi təxmin edilib.