Koronavirus səbəbindən 20 mindən çox insanın həyatını itirdiyi İngiltərədə insanlar yenidən karantin qaydalarını pozublar.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, havaların isinməsi ilə ingilis xalqı parklara axın edib. Paytaxt Londonda yerləşən Seynt Ceyms parkında günəşlənən və gəzən insanlara polis tərəfindən xəbərdarlıq edilib.

Koronavirusun geniş yayılmasına baxmayaraq insanların öz səhhətlərinə belə məsuliyyətsiz yanaşmaları hər kəsin marağına səbəb olub.

Qeyd edək ki, İngiltərədə ümumilikdə 148 377 nəfər koronavirusa yoluxub.