Son sutka ərzində Gürcüstanda daha 29 nəfərin yeni növ koronavirusa (COVİD-19) yoluxduğu aşkarlanıb.

Unikal.org xəbər verir ki, bu barədə “StopCov.ge” saytında məlumat yerləşdirilib.

Bununla da ölkədə koronavirusa yoluxanların sayı 485 nəfərə çatıb. Ötən sutka ərzində virusa yoluxan 83 yaşlı kişi həyatını itirib. Beləliklə, ölənlərin sayı 6 nəfərə çatıb.