Ölkədə yeni növ koronavirus infeksiyasının yayılmasının və onun törədə biləcəyi fəsadların qarşısının alınması, eləcə də əhalinin sağlamlığının qorunması məqsədilə dövlət tərəfindən sistemli və təxirəsalınmaz tədbirlər həyata keçirilir, eyni zamanda, əhalinin həssas təbəqəsindən olan insanların, həmçinin aztəminatlı ailələrin sosial durumu diqqət mərkəzində saxlanılır.
Unikal.org xəbər verir ki, Nizami rayonunda da ölkədə tətbiq olunan xüsusi karantin rejimi ilə əlaqədar olaraq yaşı 65-i keçmiş sakinlərə, tənhalara, eləcə də aztəminatlı ailələrə davamlı olaraq ərzaq yardımları göstərilir.
25-27 aprel 2020-ci il tarixlərində növbəti dəfə Rayon İcra Hakimiyyəti başçısı aparatının əməkdaşları rayonda yaşayan 120 imtiyazlı və aztəminatlı ailəyə baş çəkib, onlara ərzaq bağlamaları çatdırıblar.
Göstərilən diqqət və qayğıya görə razılıqlarını ifadə edən aztəminatlı ailələrin üzvləri dövlət başçısına və rayon rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.