Hollandiyada son 24 saat ərzində yeni növ koronavirus (COVID-19) epidemiyasından həyatını itirənlərin sayı 48  nəfər artaraq 4 min 566-ya çatıb.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, Səhiyyə Nazirliyi ilə əlaqəli Dövlət Sağlamlıq və Ətraf Mühit İnstitutu (RIVM) COVID-19 haqqında məlumatları yeniləyib.

Belə ki, məlumatda son 24 saatda ölkədə xəstəxanalara müalicə alanların sayı 88 nəfər  artaraq 10 min 609-a çatıb.

COVID-19-a yoluxanların sayının 171 artaraq 38 min 416 olduğu ölkədə, virus səbəbiylə həyatını itirənlərin sayı 48 artaraq 4 min 566-a yüksəlib.