Pakistanda koronavirus (COVID-19) xəstəliyindən ölənlərin sayı 301-ə çatsa da, son 24 saatda 751 nəfər yoluxaraq ümumi sayı 14 min 79-a çatıb.
Unikal.org Pakistan mətbuatına istinadən xəbər verir ki, Səhiyyə Nazirliyinin COVID-19 xəstəliyinin yayılması ilə bağlı yaydığı məlumata görə, son 24 saat ərzində ölkədə 20 nəfər ölmüş, beləliklə, ümumi ölüm sayı 301-ə çatıb.
Son 24 saat ərzində 6 417 müayinənin edildiyi Pakistanda 751 nəfərə yoluxma baş verərək, yoluxma halların ümumi sayı 14 min 79, testlərin ümumi sayı isə 157 min 223 yüksəlib.