Qlobal böhrana çevrilən koronavirus pandemiyası İtaliyada can almaqda və yoluxmaqda davam edir. 

Unikal.org xarici mətbuata istinadən xəbər verir ki,  İtaliyada 117 din xadimi və 152 həkim koronavirus pandemiyasının qurbanı olub.

Bundan başqa, “La Repubblica” qəzeti ölkədə kiçik tibb işçiləri (34) və əczaçılar (13) arasında da ölümlərin olduğunu açıqlayıb.

Qeyd edək ki, aprelin 27-nə olan məlumata görə, Cənubi Avropa ölkəsində koronavirusa yoluxma halları 200 000-ə yaxınlaşıb. Pandemiya qurbanlarının sayı isə 26 977 nəfərdir.