İsraildə koronavirus (COVID-19) nəticəsində ölənlərin sayı 208-ə, yoluxma hallarının sayı 15 min 589-a, sağalmışların sayı isə 7 min 375-ə yüksəlib.
Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, İsrail Səhiyyə Nazirliyi təərfindən edilən açıqlamada, koronavirusla əlaqəli həyat itkisi 208-ə çatarkən, daha 123 COVID-19 aşkar edilib və ümumi yoluxanların sayı 15 min 589-a yüksəldiyi bildirilib.
Açıqlamada, xəstələrin 117-nin vəziyyətinin ağır olduğu və 7 375 adamın sağaldığı da qeyd olunub.
İsraildə, COVID-19 tədbirləri çərçivəsində bütün məktəblərdə təhsil dayandırılıb, 2 nəfərdən çox adamın toplaşması qadağan edilib.
Təl-Əviv rəhbərliyi, epidemiya səbəbiylə İsraildə yaşayanlardan başqa xaricilərin hamısının ölkəyə girməsini qadağan edib.