Bir neçə gün əvvəl bəzi sosial şəbəkələrdə Xırdalan şəhərində kirayə evdə yaşayan Cavadova Mehriban Məhəmməd qızının video-müsahibəsi yayılıb.

O, aztəminatlı ailə olduğunu, Cəbrayıl rayonundan məcburi köçkün düşdüyünü və kirayədə yaşadığını vurğulayaraq Abşeron Rayon İcra Hakimiyyəti tərəfindən diqqətin göstərilməməsindən şikayət edir. Kirayə yaşadığı ev şəraitinin ağırlığını qeyd edən şikayətçi 190 manat birdəfəlik ödəməni əldə edə bilməməsini deyib. 

Abşeron Rayon İcra Hakimiyyətindən Unikal.org-a bildirilib ki, sözügedən video-müsahibə çəkilməmişdən iki gün öncə həmin sakin, eyni zamanda sözügedən videoda çəkilən digər iki vətəndaş da İcra Hakimiyyəti tərəfindən gündəlik ərzaq yardımları ilə təmin edilib. Bunu sübut edən foto çəkilişlər də mövcuddur.  Eyni zamanda rayon ərazisindəki sosial işlərdə işləməsi də təklif olunub.

Məlumat üçün bildirək ki, Binəqədi rayonundakı Nəsrəddin Tusi adına 1 saylı yataqxanada məskunlaşan Cavadova Mehriban Məhəmməd 2012-ci ildə Abşeron sakini ilə ailə həyatı qurub.

una görə də onun məcburi köçkün statusu avtomatik olaraq ləğv edilib. 190 manat birdəfəlik ödəməni əldə edə bilməməsinin səbəbi isə həyat yoldaşının taksi fəaliyyəti ilə məşğul olması və buna görə də adına VEÖN-nin mövcudluğudur.