Qərbi Afrikanın Nigeriya ölkəsi Niger və Kaduna ştatlarında silahlı hücumlarda 18 nəfər ölüb.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, Şimali Nigeriya senatoru Ahaji Sani Musa, mətbuata verdiyi açıqlamada, Niger əyalətinin 3 bölgəsində naməlum silahlı şəxslər tərəfindən edilən hücumlarda 15 adamın öldüyünü söyləyib.

Musa, hücumda 4 adamın qaçırıldığını və 2 minə yaxın mal-qaranın da məhv edildiyini söyləyib.

Milli media, Kaduna əyalətinin Adara kəndinə hərbi forma ilə gələn silahlıların təşkil etdiyi hücumda 3 nəfərin həyatını itirdiyini, 12 nəfərin qaçırıldığını da qeyd edib.

Kaduna vilayətində 2 həftə əvvəl silahlı şəxslərin təşkil etdiyi hücumda 24 nəfər qaçırıldı.

Qeyd edək ki, bu bölgələr zaman-zaman heyvandarlıqla məşğul olan Fulani ilə əkinçiliklə yaşayan bəzi qəbilələr arasında şiddətli qarşıdurmalarla üzləşir.

Heyvanlarını otarmaq üçün ölkənin cənubuna köçən Fulani, fermerlərin heyvanlarını oğurlamağa çalışdıqlarını və onlara hücum etdiklərini iddia edir.