Bakının Sabunçu rayonunda iki nəfər bıçaqlanıb.

Unikal.org “APA”-ya istinadən xəbər verir ki, hadisə Anaşkin küçəsində baş verib.

1976-cı il təvəllüdlü Gözəlova Kəmalə Ayaz qızı və onun övladı - 1995-ci il təvəllüdlü Quliyeva Səadət İlyas qızı yaşadıqları evdə qohumları tərəfindən bıçaqlanıb.

Yaralılar 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.