Özbəkistanda koronavirus pandemiyasına yoluxanların sayı 1 955-ə çatıb.

Unikal.org xəbər verir ki, məlumatı ölkənin Səhiyyə Nazirliyi yayıb.

Belə ki, son sutkada 16 nəfərdə virus aşkarlanıb. Özbəkistanda indiyə kimi koronavirusdan 8 nəfər həyatını itirib. 992 nəfər isə sağalıb. 80 mindən çox insan karantində saxlanılır.

Qeyd edək ki, Özbəkistanda karantin rejimi mayın 10-dək davam edəcək.