İngiltərə hava yolları şirkəti “British Airways” nəzdində fəaliyyət göstərən 12 min insanı işdən çıxarmağı planlaşdırır.

Unikal.org-un xəbərinə görə, "British Airways"in sahibi İspan şirkətlər qrupu İAG-dan verilən açıqlamada bildirilib ki, bu ixtisarın səbəbi qrup şirkətlərdəki yenidənqurmadır. 

Həmçinin şirkət rəsmiləri qeyd edib ki, IAG-ın ötən ilin ilk rübündə əməliyyat mənfəəti 123 milyon artıb, bu ilin ilk rübündə isə 535 milyon avro zərərə uğrayıb.  

Yeni növ koronavirus (Covid-19) epidemiyasının təsir etdiyi sərnişin tələbinin yenidən 2019-cu ildəki səviyəyə çatması üçün bir neçə il lazım olacağı da qeyd edilib.

Təxminən 45 min nəfər işçisi olduöu deyilən “British Airways” bundan öncə də İngiltərə hökumətinin maaş dəstək proqramından yararlanaraq 22min 266 nəfər işçini məzuniyyətə göndərmişdi. 

Qeyd edək  ki, IAG-ın tərkibində "British Airways", "Iberia", "Aer Lingus", "Aer Lingus Regional", "Iberia Regional", "Iberia Express", "BA CityFlyer" kimi aviaşirkətləri fəaliyyət göstərir.