Qlobal böhrana səbəb olan koronavirus pandemiyası Rusiyada yoluxmaqda və can almaqda davam edir.
Unikal.org Rusiya mətbuatına istinadən xəbər verir ki, son bir gündə 5 min 841 nəfərə koronavirus diaqnozu qoyulub. Bununla da Rusiyada yoluxanların sayı 99 min 399 nəfərə çatıb.
Beləliklə, son sutkada ölkədə virusdan ölənlərin sayı isə 108 nəfər artaraq 972-yə yüksəlib.
Bundan başqa, Rusiyada indiyədək koronavirusa yoluxan 10 min 286 nəfər sağalıb.
Qeyde dək ki, yeni yoluxmaların əksəriyyəti paytaxt Moskvada aşkarlanıb.