İspaniya Səhiyyə Nazirliyi, son sutka ərzində koronavirus pandemiyasına yoluxanların və həyatını itirənlərin sayını yeniləyib.
Unikal.org İspaniya KİV-ə istinadən xəbər verir ki, ölkə ərazisində son 24 saat ərzində COVID-19 səbəbiylə ölənlərin sayı 325 artaraq 24 min 147-yə, yoluxanların sayı isə 2 min 144 nəfərdə aşkarlanaraq, ümumi yoluxma halı 212 min 917-yə yüksəlib
Qeyd edək ki, ölkədə epidemiyanın ən çox yayıldığı Madriddə ölənlərin sayı 8 min 105, yoluxanların sayı isə 60 min 765-ə çatıb.
Bildirək ki, İspaniyada COVID-19-a qarşı görülən tədbirlərə əsasən mayın 9-dək davam edəcək fövqəladə vəziyyət rejiminin mayın 24-dək uzadılması gözlənilir.