Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) xüsusi təyinatlı dəstələri Biləsuvar rayon İcra Hakimiyyətinin binasında xüsusi əməliyyat keçirib. Artıq İcra Hakimiyyətinin binasına giriş qadağan edilib.
Unikal.org-un əldə etdiyi məlumata görə, əməliyyat zamanı rayon icra hakimiyyəti başçısı Mahir Quliyevlə birgə müavinləri - birinci müavini Xanlar Bayram oğlu Məmmədov,
başçının müavini- sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri - Elsevər Cəmil oğlu Həsənov, başçının müavini-ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Ləman Cəbrayıl qızı Yüzbaşova da saxlanılıb.
Orxan Həsənli