Almaniyada koronavirus epidemiyası ilə mübarizə aparan bir qrup həkim, qoruyucu geyim və ləvazimatların olmaması səbəbiylə etiraz aksiyası keçirib.

Unikal.org xarici KİV-ə  istinadən xəbər verir ki, etiraz edən həkimlər, “Blanke Bedenken” (Çılpaq narahatlıqlar) adı ilə açdıqları veb saytında maddi çatışmazlıqlara çılpaq pozalarla, “Onlar canlarını qurtarmaq üçün canlarını təhlükəyə atırlar” deyə paylaşım ediblər.

Belə ki, bir fransız həkimindən ilhamlanan qrup,  veb saytında etiraz aksiyası keçirdərək bu platformada çılpaq pozalarını paylaşıblar.

Qeyd edək ki, bir çox ölkədə olduğu kimi Almaniyada da səhiyyə işçiləri, koronavirus pandemiyası səbəbiylə üz maskaları, üzlüklər, əlcəklər və kombinezonlar kimi fərdi qoruyucu vasitələrin olmamasından şikayətlənirlər. Almaniya qoruyucu materialların çoxunu Çindən idxal edib. Beləliklə,  Səhiyyə Nazirliyinin açıqlamasında yerli istehsalın sürətlənəcəyi bildirib. 

Xatırladaq ki, ölkədə koronavirusa yoluxanların  sayı 160 minə yaxınlaşsa da, ölənlərin sayı 6300-ü keçib.