Bir ay bundan əvvvəl Türkiyənin Ardahan mahalında Azərbaycan təbii qazını Türkiyə və Avropaya daşıyan Trans-Anadolu Təbii Qaz Boru Kəməri (TANAP) üstündəki kompressordə görüntülənən ac canavar sürüsü kəndə hücum edib.

Unikal.org xəbər verir ki, Azərbaycanda olduğu kimi Türkiyədə də koronavirus səbəbindən 65 yaşdan yuxarı şəxslərin evdən çıxmasına qadağa qoyulub.

Evdən çölə çıxa bilməyən şəxslərdən 65 yaşlı Sefer Deli adlı fermer heyvanları otlaması üçün çölə buraxıb. 

Axşam saatlarına qədər heyvanların qayıtmadığını görən fermer axtarışa başlayıb. Məlum olub ki, 6 baş mal-qara canavar sürüsünün hücumuna məruz qalıb.

Fermerin inəklərindən 4-ü tələf olub, 2-i isə yaralanıb. Bundan sonra fermer ona kömək edilməsi üçün Türkiyə Kənd Təsərrüffatı Nazirliyinə müraciət edib.