“Microsoft” şirkətinin həmtəsisçisi və “Melinda Geyts” Vəqfinin həmsədri Bill Qeyts koronavirusa qarşı hazırlanacaq peyvəndin bir il ərzində kütləvi istehsal üçün hazır olmayacağını söyləyib.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, koronavirusla mübarizə üçün 250 milyon dollar bağışlayan və yeddi peyvənd fabrikini maliyyələşdirəcəyini bildirən Qeyts CNN-in qonağı olub. Koronavirüs aşısı ne zaman hazır olacak? Bill Gates temkinli konuştu

Veriliş zamanı koronavirusla bağlı mövzulara açıqlama gətirən, Bill Qeyts “Koronavirus peyvəndi nə vaxt hazır olacaq?” sualına belə cavab verib:

“Bu təqvimləri sıxışdırmaq çox çətindir. Hər şey mükəmməl keçsə, bir ildən sonra kütləvi peyvənd istehsalına başlaya bilərik.

Etməli olduğumuz şey ən perspektivli və köçürmə mənbələrini seçib eyni zamanda istehsal gücünü qurmaqdır. Çünki biz yeddi milyard doza istehsal gücündən uzağıq”.

B.Qeyts aparıcının “Bəzi insanlar dekabr ayında kütləvi istehsala başlaya biləcəyimizi söyləyirlər. Buna nikbin baxırsınız?” sualına isə xeyr cavabını verib:

“Xeyr. Faza tədqiqatları etməlisiniz. Peyvəndin hər hansı bir xəstəliyi olanda yan təsiri varmı? Bunu başa düşməlisiniz. Məsələn, bəzi insanların immunitet sistemi zəif ola bilər. Qlobal tənzimləmə agentlikləri 3-cü Fazanın bir araya gəlməsi üçün çalışırlar. Nə qədər insanı (bu sınaqlar) əhatə etməli və bu mərhələnin nə qədər davam edəcəyini təyin etməliyik”.

Daha sonra Bill Qeyts peyvənd sınaqlarında “Mərhələ 3” kimi tanınan sonuncu mərhələ məsələsnə də toxunub.  Onun sözlərinə görə son mərhələdə təhlükəsizliyi və effektivliyi təyin etmək üçün çox sayda insan üzərində dərman və peyvəndlər sınanacaq. 

Gülayə Mecid