Rusiyanın Saxalin adasında vulkan püskürməsi baş verib.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, Ebeko vulkanının püskürməsindən sonra ortaya çıxan külün 3.5 km hündürlüyə qalxdığı görülüb. Yuxarı qalxan vulkan məhsulları Severo-Kurilsk adlı əraziyə yağış şəklində geri qayıdıb.

Qeyd edək ki, Rusiyaya məxsus Kuril arxipelaqında yerləşən Ebeko vulkanı dəniz səviyyəsindən 1 156 metr yüksəklikdədir. O regiondaki ən güclü fəaliyyətdə olan vulkanlardan biridir.