Böyük Britaniyanın Baş naziri Boris Conson altıncı dəfə ata olub.

Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, bu gün siyasətçinin oğlu dünyaya gəlib. Xəstəxanadan verilən məlumata əsasən, yeni doğulmuş körpə və ananın yaxşı olduğu bildirilib.

Qeyd edək ki, martın 27-də Boris Consonun koronavirusa yoluxduğu məlum olub. O, aprelin 12-də müalicə aldığı xəstəxanadan evə buraxılıb.