Amerikanın “New York Times” qəzeti, yeni koronavirus (COVID-19) səbəbiylə ABŞ-da ölənlərin sayının rəsmi rəqəmlərdən çox ola biləcəyini iddia edib.

Unikal.org istinadən xəbər verirn ki, ABŞ Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzi (CDC) tərəfindən nəşr olunan ölüm statistikasını ümumi ölüm statistikası ilə müqayisə edən qəzet, heç bir sınaq keçirilmədiyi üçün COVID-19-dan 9000 ölümün ola biləcəyini irəli sürüb.

Hesabata görə, Nyu-Yorkda ölümlər əvvəlki illərə nisbətən orta hesabla 325 faiz artmış, 11 min 900 əlavə ölüm müşahidə edilmişdir. Digər tərəfdən, COVID-19-dan 10 min 261 ölüm qeyd edilib.

Qəzet, sınaqdan keçirilmədiyi üçün qeydə alınmamış COVID-19 hadisəsində 700-dən çox ölümün ola biləcəyini müdafiə edib.

Qeyd edək ki, ABŞ-da bu günə qədər 1 milyon 35 min 765 yoluxma halı qeydə alınsa da, yeni növ koronavirus səbəbiylə  ölənlərin sayı 59 min 266-ya yüksəlib.