"Yüksəliş" müsabiqəsi "Peşəkar CV və uğurlu müsahibənin əsasları" mövzusunda vebinar təşkil edib.
Unikal.org xəbər verir ki, 28 ( saat 19:00-20:00) və 29 aprel (saat 15:00-16:00) tarixlərində "Zoom" proqramı vasitəsilə keçirilən vebinar insan resursları və inzibati idarəetmə sahəsində 20 ildən çox təcrübəyə malik Vüsalə Kərimova tərəfindən aparılıb.
Təlimçi işə müraciət zamanı CV-nin hazırlanması, yüksək keyfiyyətli CV-də işəgötürən tərəfindən diqqət yetiriləcək məqamlar, peşəkar karyera yolunda iş müsahibələrinə hazırlığın əsas tərəfləri, müsahibin düzgün geyim seçimi və davranış qaydaları, bu sahəni əhatə edən digər faydalı məlumatları bölüşüb. Vebinara 557 nəfər qatılıb.
Xatırladaq ki, hazırda "Yüksəliş" müsabiqəsinin videomüsahibə turu davam edir. Aprelin 10-dan start götürən videomüsahibə turu mayın 1-də yekunlaşacaq.