Rusiyada koronavirusa yoluxma göstəriciləri sürətlə artmaqda davam edir.

Unikal.org xəbər verir ki, ölkədə son sutka ərzində 5 841 nəfər koronavirusa yoluxub, 108 nəfər isə virusdan həyatını itirib.

Bu günə qədər Rusiyada 99 399 nəfər infeksiyaya yoluxub, ölənlərin sayı isə 975 nəfərə çatıb.

Ölkə ərazisində virusdan ümumilikdə 10 286 nəfər sağalıb, 88 138 nəfərin müalicəsi isə davam edir.