Koronavirusun ən geniş yayıldığı ölkə olan ABŞ-da ölənlərin sayı artmaqdadır.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, bu dəfə 73 ildir evli olan cütlük son anlarına qədər mübarizə aparsalar da 6 saat fərqlə pandemiyanın qurbanına çevriliblər. Hadisə ölkənin Vinkonsin ştatında baş verib.

Məlumata görə, müalicə zamanında da eyni otaqda saxlanılan məşhur cütlükdən ilk öncə 94 yaşlı Uilford Kepler dünyasını dəyişib. 92 Mari Kepler isə həyat yoldaşından 6 saat sonra vəfat edib.

Nəticədə 73 illik cütlüyü koronavirus da ayıra bilməyib. Onlar eyni gündə ölüblər.