Türkiyədə son sutka ərzində daha 89 nəfər koronavirusdan ölüb.

Unikal.org xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Naziri Fahrettin Koca məlumat verib. Onun sözlərinə görə, Türkiyədə pandemiya qurbanlarının sayı 3 081-ə çatıb.

Eyni zamanda  2 936 yeni yoluxma faktı aşkarlanıb. Beləliklə virusa yoluxanların sayı 117 589-a yüksəlib. Qeyd edək ki, bu gün 5 231 xəstə sağalaraq evə buraxılıb.