Yaşlı insanların koronavirusu ağır keçirdiyi hər kəsə məlumdur. Buna baxmayaraq koronavirusdan sağalan yaşlı insanların sayı da az deyil.

Unikal.org xəbər verir ki, bu dəfə Dənizli şəhərində yaşayan Süleyman Çavdar koronavirusa qalib gəlib. Bu barədə "DHA" məlumat yayıb.

Qeyd edək ki, 100 yaşlı xəstə 8 gün öncə reanimasiyaya yerləşdirilmişdi. O, həkimlərin alqışları ilə xəstəxananı tərk edib. 

Tibb işçiləri hər koronavirusdan sağalan xəstənin onların əhvalını yüksəltdiyini bildiriblər.