İtaliyada son sutka ərzində daha 323 nəfər koronavirusdan ölüb.
Unikal.org xəbər verir ki, bununla da ölkədə pandemiya qurbanlarının sayı 27 682-ə çatıb. Həmçinin İtaliyada 2 086 yeni yoluxma faktı aşkarlanıb.
Ümumilikdə 203 591 nəfərin koronavirusa yoluxduğu İtaliyada 4 may tarixindən etibarən karantin qaydaları mərhələli olaraq yumşaldılacaq.