ABŞ Milli Allergiya və Yoluxucu Xəstəliklər İnstitunun direktoru Fauki koronavirusla bağlı yeni açıqlama verib.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, o koronavirusla mübarizənin ABŞ-ın iqtisadi cəhətdən taleyini həll edəcəyini vurğulayaraq "Bu virus bir anda yer üzündən silinməyəcək. Bu da o deməkdir ki, koronavirusun ikinci dalğasının baş verməsi qaçınılmazdır. Virus gələcəkdə yenidən ortaya çıxacaq, bəlkə də heç vaxt məhv olmayacaq" sözlərini deyib. 

Dr. Fauki həmçinin ştatların karantin qaydalarını vaxtından tez yumşaldılmamalı olduqlarını da bildirib.

Qeyd edək ki, "Covid-19"un ən geniş yayıldığı ölkə olan ABŞ-da 1 013 168 nəfər koronavirusa yoluxub, onlardan 58 368-i dünyasını dəyişib.